20 May 2024
İsraildə təbii fəlakət nəticəsində doqquz nəfər yaralanıb - FOTO

İsraildə təbii fəlakət nəticəsində doqquz nəfər yaralanıb - FOTO

24 Avqust 2023
Baxış: 679

İsrailin Ölü dəniz sahillərindəki Eyn Gedi Milli Parkı yaxınlığında baş verən sürüşmə və ardınca qaya uçması nəticəsində azı doqquz nəfər xəsarət alıb.

Məlumata görə, xəsarət alanlar arasında dörd yaşlı qız da var.

Qeyd edək ki, xilasetmə əməliyyatına helikopterlər cəlb olunub. Magistralın Eyn Gedi bölgəsindən keçən hissəsi nəqliyyat üçün bağlanıb.

oxu.az