18 May 2024
İsraildə COVID-19-a yoluxanların sayı 40 mini keçib

İsraildə COVID-19-a yoluxanların sayı 40 mini keçib

14 İyul 2020
Baxış: 385

İsraildə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 1578 nəfər artaraq ümumilikdə 40 248-ə çatıb. Həmçinin eyni diaqnozdan 3 nəfər ölüb, ölənlərin ümumi sayı 365 olub.

AJM xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda İsraildə 20 560 koronaviruslu xəstə var, onlardan 183 nəfəri ağır vəziyyətdədir, daha 54 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Bununla yanaşı, 19 323 nəfər müalicə olunaraq sağalıb.

Teqlər: İsrail