18 May 2024
İsraildə azərbaycanlı hərbçi HƏLAK OLDU - VİDEO

İsraildə azərbaycanlı hərbçi HƏLAK OLDU - VİDEO

09 Oktyabr 2023
Baxış: 627

İsraildə azərbaycanlı hərbçi həyatını itirib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə Bakı TV-nin “YouTube” kanalının İsraildən hazırladığı videosüjetdə məlumat verilib.

Məlumata görə, İsrail ordusunun zabiti, Azərbaycanın Sumqayıt şəhərindən olan 36 yaşlı Emin Axundov Beer şəhərində gedən döyüşlərdə həlak olub.

Emin Axundovun valideynləri, bacısı, həyat yoldaşı və iki övladı qalıb.

Dəfn mərasimi Beer-Şeve hərbi qəbiristanlığında baş tutub.

Daha ətraflı videosüjetdə: