16 May 2024
İsrail və BƏƏ arasında kritik gəlişmə - Tarixdə ilk dəfə olaraq...

İsrail və BƏƏ arasında kritik gəlişmə - Tarixdə ilk dəfə olaraq...

28 Yanvar 2022
Baxış: 396

İsrail Prezidenti İshaq Hersoq tarixi səfər etmək üçün bazar günü Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedəcək.

AJMEDİA.İNFO xəbər verir ki, İsrail prezident ofisindən verilən açıqlamada sözügedən səfərin bu ölkədən BƏƏ-yə tarixdə prezident səviyyəsində ilk rəsmi səfər olacağı bildirilib.

İshaq Hersoq həyat yoldaşı Mixal Hersoqun müşayiəti ilə BƏƏ-də iki gün qalacaq. Burada Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşəcək və Dubayda İsrail Milli Gününün açılışını edəcək.

Hersoqun BƏƏ-dəki yəhudi icmasının nümayəndələri ilə də görüşü də nəzərdə tutulub.

İsraildən BƏƏ-yə baş nazir səviyyəsində ilk səfər ötən ilin dekabrında Naftali Bennet tərəfindən edilib.(teleqraf.com)