18 May 2024
İsrail şimala, Türkiyəyə doğru yönəlir: Bu ölkələrlə müharibə BAŞLAYACAQ?

İsrail şimala, Türkiyəyə doğru yönəlir: Bu ölkələrlə müharibə BAŞLAYACAQ?

11 Oktyabr 2023
Baxış: 558

HƏMAS-ın hücumuna cavab olaraq genişmiqyaslı hərbi əməliyyatlara başlayan İsrailin şimalda da cəbhə açmaq ehtimalı güclənir. İsrailin şimal cəbhəsində hərbi əməliyyatlara başlaması Livan və Suriya hökumətlərinin davranışından asılı olacaq.


AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı iddianı ABŞ-nin “Axios” saytı Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) olan mənbələrə istinadən yazıb.

“Axios”un məlumatına görə, BƏƏ Suriya və İsraillə yaxşı münasibətləri olan azsaylı ölkərlərdən biridir.

ABŞ-nin media orqanı son vaxtlar Suriya ilə münasibətlərini yaxşılaşdıran BƏƏ-nin Prezident Bəşər Əsədə “HƏMAS-İsrail müharibəsinə qarışmayın” mesajı göndərdiyini yazıb. “Axios”un iki diplomatik mənbəyə istinadən verdiyi xəbərə görə, körfəz ölkəsi Əsədi Suriyadan İsrailə hücumlara icazə verməməyə çağırıb.
Xəbərdə BƏƏ administrasiyasının Suriya ilə aparılan danışıqlar barədə ABŞ-ni məlumatlandırdığı da qeyd edilib.


İsrail-HƏMAS müharibəsində dünyanı narahat edən əsas ssenari Livan və Suriyadan İsrailə qarşı cəbhə açılmasıdır. Artıq Livan və Suriya ilə sərhəddə gərginlik müşahidə edilir və İsraillə qarşılıqlı top atışları baş verib.


Bir gün əvvəl Livanın cənubundan İsrailə raket atıldığı və İsrailin artilleriya atəşi ilə cavab verdiyi bildirilir. Xüsusən Livandan “Hizbullah”ın İsrailə hücum ehtimalı böyükdür. Sərhəddə baş verən kiçik qarşıdurmada “Hizbullah” 3 döyüşçüsünü itirib.


Dünən Suriya sərhədində də gərginlik artıb. İsrail ordusu Suriyadan onun ərazisinə çoxlu sayda artilleriya mərmisi atıldığını, onların bir hissəsinin İsrail ərazisindəki açıq ərazilərə düşdüyünü bildirib. İsrail buna cavab olaraq Suriyanın sərhəd ərazilərini vurub.


Gərginliyin şimala doğru yönəlməsini İsrailin şimala böyük ordu toplamasıda göstərir. İsrail rəsmiləri şimaldan gələn hücumlara daha sərt reaksiya veriləcəyini bəyan edib.


Onu da bildirək ki, həm HƏMAS, həm “Hizbullah” təşkilatları, həm də Suriya hökuməti İranın təsiri altında olan tərəflərdir. İran İsrailə daha böyük problem yaratmaq üçün Livan və Suriyanı da bu münaqişəyə daxil edə bilər. Lakin İsrailin buna daha sərt cavab verəcəyi, hətta şimala, Türkiyəyə doğru irəliləyəcəyi istisna edilmir. (Sfera.az)