19 May 2024
İsrail səfirliyi vətəndaşlarını Ukraynanı dərhal TƏRK ETMƏYƏ ÇAĞIRDI

İsrail səfirliyi vətəndaşlarını Ukraynanı dərhal TƏRK ETMƏYƏ ÇAĞIRDI

26 İyul 2022
Baxış: 381

İsrailin Ukraynadakı səfirliyi vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin Kiyevdəki səfirliyi feysbukda məlumat yayıb.

Bildirilib ki, Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarına yəhudilərin yığcam yaşadığı Uman şəhəri daxil olmaqla Ukraynaya səfər etməməyə çağırıb:

“Ukraynada əhalinin məskunlaşdığı ərazilərə və mülki obyektlərə, o cümlədən ölkənin mərkəzində və qərbində raket zərbələri və hava hücumları təhlükəsi qalmaqdadır. Bu, həyat üçün real təhlükədir”.

Qeyd olunub ki, İsrail səfirliyinin əməkdaşları daimi əsaslarla Ukraynada deyillər və ehtiyac olduğu halda konsulluq yardımı göstərə bilməyəcəklər.(report)