06 May 2024
İsrail PUA-ları məhv edən lazer sistemini sınaqdan keçirdi - ANBAAN VİDEO

İsrail PUA-ları məhv edən lazer sistemini sınaqdan keçirdi - ANBAAN VİDEO

22 İyun 2021
Baxış: 534

İsrail Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarını (PUA) məhv edən yeni güclü lazer sisteminin sınaqlarının ilk seriyasını uğurla başa çatdırıb.

AJMEDİA.info TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Müdafiə Nazirliyinin Araşdırma və Hazırlama İdarəsi “Elbit Systems” konserni və İsrail Hərbi Hava Qüvvələri ilə birlikdə yüksək güclü lazer silahı sistemindən (HPL-WS) istifadə edərək bir neçə PUA-nı uğurla məhv edib. PUA-lar müxtəlif məsafələrdə və yüksəkliklərdə zərərsizləşdirilib”, - mətbuat xidmətindən bildiriblər.