18 May 2024
İsrail ordusu Dəməşqin qərbində İran qüvvələrinin anbarlarına zərbələr endirib

İsrail ordusu Dəməşqin qərbində İran qüvvələrinin anbarlarına zərbələr endirib

13 Avqust 2023
Baxış: 503

Suriya dövlət mediası avqustun 13-nə keçən gecə İsrail hava qüvvələrinin Dəməşq yaxınlığındakı hədəflərə zərbələr endirdiyini bildirib. Suriya ordusunun komandanlığı raketlərin bir hissəsinin zərərləşdirildiyini iddia etsədə bununla belə, hədəflərin zərəri təsdiqlənib.

AJMEDİA.İNFO xəbər verir ki, Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) həmçinin bildirir ki, İsrail hava qüvvələrinin Dəməşqin qərbindəki hədəflərə endirdiyi zərbələr dağlıq ərazidə yerləşən və İranyönlü qüvvələrə məxsus raket anbarlarını məhv edib. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. SOHR bunun hava qüvvələrinin hücumu və ya yerdən yerə raket zərbəsi olub olmadığını yoxlayır.

İsrail rəsmiləri, ümumiyyətlə, İsrailin Suriyadakı hədəflərə zərbələr endirməsi ilə bağlı xəbərləri şərh etmir.