17 May 2024
İsrail ordusu Beyt Hanun şəhərinə hücum edib

İsrail ordusu Beyt Hanun şəhərinə hücum edib

18 Fevral 2024
Baxış: 477

İsrail ordusu Qəzza zolağının şimalındakı Beyt Hanun şəhərinə hücum edib.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə WAFA xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Beyt Hanun güclü artilleriya atəşinə məruz qalıb.
Qeyd olunub ki, hələlik xəsarət alanlar barədə məlumat yoxdur:
“Bundan əlavə, Qəzza şəhərinin bəzi bölgələrinə də hava zərbələri endirilib”.
2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və mülki şəxslərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail Qəzzanı tam blokadaya aldığını elan edib və burada hərbi əməliyyata başlayıb.