06 May 2024
İsrail ölkəyə hücumda iştirak edən HƏMAS döyüşçülərinin sayını AÇIQLADI

İsrail ölkəyə hücumda iştirak edən HƏMAS döyüşçülərinin sayını AÇIQLADI

02 Noyabr 2023
Baxış: 495

Bu il oktyabrın 7-də İsrailə edilən hücumda 3 minə yaxın HƏMAS döyüşçüsü iştirak edib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat verib.

“Yenilənmiş məlumatlara görə, HƏMAS hərəkatının həyata keçirdiyi qırğında 3000-ə yaxın terrorçu iştirak edib. Onların hamısı İsrailin cənubuna soxulublar”, - deyə məlumatda bildirilib. Qeyd edilib ki, son hesablama üzrə 3000 rəqəmi yalnız silahlı terrorçuları əhatə edir, hasardakı böyük boşluqlardan istifadə edərək ölkəyə daxil olan qəzzalıların sayı bu rəqəmə daxil deyil.

Mənbə: “Times of İsrael”