06 May 2024
İsrail müdafiə nazirinin casus çıxan xadiməsinə HÖKM OXUNDU - İrana işləyirmiş...

İsrail müdafiə nazirinin casus çıxan xadiməsinə HÖKM OXUNDU - İrana işləyirmiş...

06 Sentyabr 2022
Baxış: 418

İsrailin müdafiə naziri Benni Qantsın evində təmizlik işçisi “düşmənə məlumat ötürməyə cəhd” ittihamı ilə 3 il həbs cəzasına məhkum edilib.

AJMEDİA.İNFO xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Lod Rayon Məhkəməsi 37 yaşlı Omri Goren Qoroçovskini "düşmənə məlumat ötürməyə çalışmaq" ittihamı ilə təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrum edib.

Bəyanatda qeyd olunub ki, Qoroçovski İrana bağlı “Black Shadow” haker qrupu ilə əlaqə saxlamaqda və onların adından müdafiə nazirinə casusluq təklif etməkdə təqsirli bilinib.

Qantsın evində xadimə işləyən Qoroçovski ötən ilin noyabrında İranla əlaqəli olduğu deyilən "Black Shadow" haker qrupuna məlumat ötürməyə cəhd etdiyi üçün həbs edilib.