18 May 2024
İsrail Hərbi Qüvvələrinin kapitanı kokain satışına görə həbs edilib

İsrail Hərbi Qüvvələrinin kapitanı kokain satışına görə həbs edilib

04 Avqust 2023
Baxış: 477

Hərbi prokurorluq İsrail Hərbi Qüvvələri kapitanını narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakda və qanunsuz silah-sursat saxlamaqda ittiham edib.

AJMEDİA.İNFO-ya İHQ-nin mətbuat xidmətindən verilən məlumatına görə, istintaq bu zabitin kokain satdığını müəyyən edib. Hərbi polis agentləri təxminən iki ay yarım ərzində bu zabitdən üç dəfə kokain alıb və ona təxminən 100 min şekel ödəyib. Bundan başqa, zabitin evinə baxış zamanı onun yanında qanunsuz saxlanılan 7 ədəd döyüş qumbarası aşkar edilib.