17 May 2024
İsrail HƏMAS-ın "şah damarı"nı kəsəcək - Bu lider şəxslər MƏHV EDİLƏCƏK

İsrail HƏMAS-ın "şah damarı"nı kəsəcək - Bu lider şəxslər MƏHV EDİLƏCƏK

10 Oktyabr 2023
Baxış: 409

İsrail rəsmilərinin açıqlamalarına əsasən, İsrail dövləti HƏMAS-a bu dəfə güzəşt etməyəcək və təşkilatın əsas şəxslərini məhv edəcək.


AJMEDİA.İNFO İngiltərənin “Teleqraf” qəzetinə istinadən xəbər verir ki, İsrail Qərbin İŞİD-ə qarşı mübarizə metodlarının oxşarını HƏMAS-a qarşı mabarizədə tətbiq etmək fikrindədir. ABŞ və onun müttəfiqləri İŞİD-in əsas şəxslərini müxtəlif yollarla, ayrı-ayrı ölkələrdə həyata keçirilən sui-qəsdlərlə aradan götürür. İsrail HƏMAS liderlərinə qarşı eyni metodla mübarizə aparacaq.


Qəzet iddia edir ki, İsrail bütün beynəlxalq təzyiqlərə və sanksiya ehtimalına baxmayaraq, HƏMAS-ın liderlərini və döyüşçülərini məhv etməkdə israrlıdır.


Məlumatlara görə, HƏMAS-ın yüksək vəzifəli şəxsləri müxtəlif ölkələrdə məskunlaşıb. İsrail Qəzza xaricində yaşayanları da hədəfə alacaq və onlara qarşı əməliyyat keçirməkdən çəkinməyəcək.


Son illər Qətərdə yaşayan HƏMAS lideri İsmayıl Haniyənin də öldürülməsi ehtimalı yüksəkdir. Etibarlı mənbələrdən alınan məlumata əsasən, Haniyə Qətərin paytaxtı Dohadan kənarda yaşayır. HƏMAS-ın silahlı qanadının hücumundan sonra əməliyyatın adının “Əqsa tufanı” olduğunu açıqlayan Haniyə mübarizəni davam etdirəcəklərini deyib. Haniyə Qərb Sahilində və Qüdsdə əməliyyatların davam edəcəyinə də işarə edib.


İsrail kəşfiyyatının ölüm qruplarının digər hədəfi Qəzzada HƏMAS-ın lideri Yəhya Sinvar da olacaq. İsrail ordusundan kontr-admiralı Daniel Həcəri bildirib ki, bu hücumun komandiri Yəhya Sinvardır. Onun sözlərinə görə Sinvar artıq bir “ölüdür”. Sinvar HƏMAS-da Haniyədən sonra ən güclü şəxs kimi tanınır.


İsrailin üçüncü hədəfi “hücumların arxasında duran beyin” kimi tanınan Məhəmməd Deifdir. Hücum strategiyasını HƏMAS-ın hərbi qanadının rəhbəri olan Deifin hazırladığı da bildirilib. İsrail kəşfiyyatından qaçmaq üçün Qəzzada mülki vətəndaşların evlərində qalan və hər gün fərqli bir yerdə gecələyən Deif “Qonaq” ləqəbini alıb. Deifin illər əvvəl hücumdan xilas edilərək ağır yaralandığı da iddia edilib. Kəşfiyyat məlumatlarında Deifin bir qolunun və bir ayağının kəsildiyi bildirilir.


İsrailin öldürmək üçün hərəkətə keçəcəyi bir başqa şəxs isə İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Obeida olacaq. İngilis “Teleqraf” qəzeti İsrailin sui-qəsd siyahısında Obeidanın ilk sırada olduğunu yazıb.