06 May 2024
İsrail HƏMAS-ın 400-dən çox hədəfini vurdu - 24 saatda

İsrail HƏMAS-ın 400-dən çox hədəfini vurdu - 24 saatda

24 Oktyabr 2023
Baxış: 504

İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində HƏMAS-ın 400-dən çox hədəfini vurub və hərəkatın bir neçə komandirini öldürüb.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"HƏMAS-ın terror hücumları imkanlarını aradan qaldırmaq üçün genişmiqyaslı əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri onlarla döyüşçüyə və hərəkatın məscidlərdəki dayaq nöqtələrinə zərbələr endirib", - məlumatda deyilir.

Həmçinin, İsrail ordusu HƏMAS-ın qazdığı tunellərə zərbə endirib.
Zərbələr nəticəsində Nuseyrat, Şati və Furqan batalyonlarının komandir müavinləri məhv edilib.