18 May 2024
İsrail əsgərləri Qəzzada 5 girovun MEYİTİNİ TAPDILAR

İsrail əsgərləri Qəzzada 5 girovun MEYİTİNİ TAPDILAR

25 Dekabr 2023
Baxış: 267

İsrail hərbçiləri oktyabrın 7-də İsrailə hücum zamanı oğurlanmış beş girovun meyitini tapıblar.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

Meyitlər Qəzza zolağının şimalındakı Cəbaliya düşərgəsinə nəzarəti ələ keçirmək üçün aparılan əməliyyat zamanı aşkar edilib.

Girovların ölüm şəraiti məhkəmə-tibbi ekspertizanın rəyindən sonra ictimaiyyətə açıqlanacaq.

O da bildirilir ki, HƏMAS üzvlərinin istifadə etdikləri çoxmərtəbəli tunellər şəbəkəsi də aşkar edilib, bütün infrastruktur İsrail hərbçiləri tərəfindən məhv edilib.