17 May 2024
İsrail əməliyyatları genişləndirir

İsrail əməliyyatları genişləndirir

22 Yanvar 2024
Baxış: 499

İsrail ordusu Qəzza zolağının cənubundakı ən böyük şəhər olan Xan Yunis ərazisində hərbi əməliyyatların miqyasını genişləndirməyi planlaşdırır.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

“Biz Xan Yunis bölgəsində intensiv əməliyyat keçiririk və bu əməliyyatı genişləndirməyə davam edəcəyik. Tanklardan, artilleriyadan və hava qüvvələrinə məxsus təyyarələrdən gələn tüstü buludları hədəflərimizə çatana qədər Qəzza zolağının səmasını gizlətməyə davam edəcək”, - nazir bildirib.