18 May 2024
İsrail bu turistləri ölkəyə buraxacaq - ŞƏRTLƏR

İsrail bu turistləri ölkəyə buraxacaq - ŞƏRTLƏR

03 Yanvar 2022
Baxış: 502

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bu, “narıncı siyahı”ya daxil olan ölkə turistlərinə şamil olunur. İsrailə səfər etmək istəyən turistlər təyyarəyə əyləşməzdən öncə onlayn-forma doldurmalı, PCR və ya antigen test verməli, həmçinin İsrailə daxil olarkən PCR test verməli və 24 saatlıq və ya PCR testin neqativ nəticəsini alanadək özünütəcridə əməl etməlidirlər.

Vaksinasiya olunmayan və ya COVID-19 keçirməyən əcnəbilər İsrailə buraxılmayacaqlar. Bundan əlavə, “qırmızı siyahı”ya daxil olan ölkə turisləri yalnız Müstəsna hallar üzrə Komissiyadan icazə aldıqdan sonra yəhudi dövlətinin ərazisinə daxil ola biləcəklər.