17 May 2024
İsrail Avropa görüşünü konstruktiv adlandırdı

İsrail Avropa görüşünü konstruktiv adlandırdı

29 Yanvar 2024
Baxış: 477

Avropada Qəzza zolağındakı vəziyyətlə bağlı Misir, İsrail, ABŞ kəşfiyyat rəhbərlərinin və Qətərin baş nazirinin iştirak etdiyi görüş, ciddi fikir ayrılıqlarının qalmasına baxmayaraq, konstruktiv keçib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

“Görüş konstruktiv keçib. Önümüzdəki həftə əlavə görüşlər zamanı tərəflərin müzakirəsini davam etdirəcək ciddi fikir ayrılıqları qalmaqdadır”, - məlumatda vurğulanıb.