17 May 2024
İsrail Anadolu Agentliyinin operatoruna edilən hücumu QINADI

İsrail Anadolu Agentliyinin operatoruna edilən hücumu QINADI

07 Yanvar 2022
Baxış: 460

İsrail Mətbuat Bürosu ötən gün Təl-Əvivdə radikal sağçı yəhudilərin “Anadolu” agentliyinin operatoruna edilən hücumu qınayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail hökumətinin Mətbuat İdarəsinin sosial media hesabında yazılı açıqlama yayılıb.

“Mətbuat İdarəsi “Anadolu” agentliyinin operatoru Fayiz Əbu Rumeyləyə edilən hücumu şiddətlə qınayır. Mətbuat azadlığı İsrail demokratiyasının müqəddəs dəyəridir”, - açıqlamada bildirilir.

Qeyd edək ki, dünən radikal sağçı yəhudilər Təl-Əvivdə fələstinli məhbus Hişam Əbu Həvaşın qaldığı xəstəxananın qarşısında çəkiliş etmək üçün gözləyən agentliyin operatorunu təhqir edərək döyüblər. Ağır zərbələr alan Əbu Rumeylə ilk yardım qruplarının müdaxiləsindən sonra xəstəxanaya aparılıb.(axar.az)