16 May 2024
"İsrail agentləri İraqa bütün ərəbləri öldürmək üçün gəliblər" - Əl-Xəzəlidən sərsəm AÇIQLAMA

"İsrail agentləri İraqa bütün ərəbləri öldürmək üçün gəliblər" - Əl-Xəzəlidən sərsəm AÇIQLAMA

03 İyun 2021
Baxış: 617

İraqın "Əshabil Əhli Haqq" hərəkatının baş katibi Qeys əl-Xəzəli İsrail rejimi agentlərinin İraqdakı varlığından danışıb.

AJMEDİA.info xəbər verir ki, o, İsrail xüsusi xidmət orqanlarının agentlərinin İraqda düşünüldüyündən də daha çox olduğunu bildirib.

"İsrail rejimi xüsusi xidmət orqanı əməkdaşları İraqa müxtəlif dövlətlərin yardım təşkilatları adı altında gəldilər.

Onlar İraq torpaqlarındakı bütün ərəblərin və müsəlmanların öldürülməsinə, hətta ağaclarının da yerindən sökülərək bölgənin viran edilməsinə çalışırlar", - Qeys əl-Xəzəli diqqətə çatdırıb.

Qeys əl-Xəzəli açıqlamasında qeyd edib ki, İraq təhlükəsizlik orqanları İsrail agentlərinə qarşı effektiv addımlar atmalıdırlar. (eastnews.org)