19 May 2024
İsrail ABŞ-dan 25 ədəd F-35 alacaq

İsrail ABŞ-dan 25 ədəd F-35 alacaq

02 İyul 2023
Baxış: 417

İsrail bu təyyarələrdən üçüncü eskadrilya yaratmaq və onların ümumi donanmasını 75-ə çatdırmaq üçün ABŞ-dan daha 25 F-35 qırıcısı almağa qərar verib.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İsrail Müdafiə Nazirliyi və İsrail Müdafiə Qüvvələri F-35 təyyarələrinin üçüncü eskadrilyasını alacaq. Müdafiə Nazirliyi ABŞ hökumətindən “Lockheed Martin” şirkətinin istehsalı olan ümumilikdə 25 ədəd F-35 təyyarəsi alacaq. Bu satınalma İsrail Hərbi Hava Qüvvələri tərəfindən idarə olunan bu təyyarələrin parkını 75-ə qədər genişləndirəcək”, - məlumatda bildirilib.