05 May 2024
İslami Cihad lideri İsraillə münaqişənin bitdiyini elan edib

İslami Cihad lideri İsraillə münaqişənin bitdiyini elan edib

14 May 2023
Baxış: 489

Misirin vasitəçiliyi ilə imzalanmış atəşkəs sazişi qüvvəyə minib.

AJMEDİA.İNFO xəbər veri ki, Fələstin İslami Cihadının lideri Ziad Nahala İsraili nəzərdə tutaraq “sionist layihəsi ilə növbəti münaqişə raundunun sona çatdığını” elan edib.

Misirin vasitəçiliyi ilə əldə edilən atəşkəs İsrailə 1200-dən çox raket atıldığı beş gün davam edən gərgin döyüşlərə son qoydu. İsrail ordusu buna cavab olaraq Fələstin anklavında İslami Cihad üzvlərinə, komanda mərkəzlərinə, reaktiv yaylım atəşi sistemlərinə və qurğulara zərbələr endirib.