17 May 2024
İslam Hərəkatı liderinin öldürülməsi: Həmas İsraili günahlandırır

İslam Hərəkatı liderinin öldürülməsi: Həmas İsraili günahlandırır

26 Yanvar 2021
Baxış: 1981

HƏMAS, Jaffadakı İslam Hərəkatının tanınmış simalarından biri Şeyx Məhəmməd Əbu Nəcimin öldürülməsində İsraili günahlandırıb.

Bu, terror təşkilatının 24 yanvar tarixində yayımlanan açıqlamasında deyilir.

"Jaffa şəhərində İslam Hərəkatının lideri mərhum Məhəmməd Əbu Nəcimə qarşı gündüz saatlarında edilən dəhşətli cinayəti qətiyyətlə qınayırıq" deyə

bildirilib.

HƏMAS-a görə İsrail “Fələstin liderlərini yox etmək üçün zərərli plan” həyata keçirir.

24 yanvar günortadan sonra naməlum şəxslər Jaffa şəhərindəki Ha Saba Mişpola küçəsində iki adama hücum ediblər. Şəxslər güllə yarası alıblar. Yaralılar Wolfson Xəstəxanasına yerləşdirilib.

Daha sonra tibb müəssisəsi, Jaffadakı tanınmış İslam Hərəkatı xadiminin vəziyyətinin pisləşdiyini bildirib. Günortadan sonra o, dünyasını dəyişib.

Teqlər: Həmas