18 May 2024
İşıqlar kəsildi: Rusiyalı nazirlər Putinlə görüş zamanı QARANLIQDA QALDILAR

İşıqlar kəsildi: Rusiyalı nazirlər Putinlə görüş zamanı QARANLIQDA QALDILAR

04 Noyabr 2022
Baxış: 461

Rusiyanın sənaye və ticarət naziri Denis Manturov və iqtisadi inkişaf naziri Maksim Reşetnikov gözlənilməz hadisə ilə üzləşiblər.

AJMEDİA.İNFO gazeta.ru-ya istinadən xəbər verir ki, onlar ölkə prezidenti Vladimir Putinlə videokonfrans formatında keçirilən görüş zamanı qaranlıqda qalıblar.

Buna nazirlərin olduğu “Moskva Siti” biznes kompleksində elektrik enerjisinin kəsilməsi səbəb olub.

Qeyd edək ki, Manturov və Reşetnikovun rəhbərlik etdiyi hər iki nazirlik həmin kompleksdə yerləşir.