17 May 2024
İraqın Danimarkadakı səfirliyi önündə Quran yandırıldı

İraqın Danimarkadakı səfirliyi önündə Quran yandırıldı

25 İyul 2023
Baxış: 459

Danimarkanın paytaxtı Kopenhagendə İslam dininin müqəddəs kitabı olan Quran yandırılıb.
“Reuters” xəbər verir ki, hadisə İraq səfirliyinin önündə baş verib.
Məlumata görə, hadisəni törədən iki etirazçı ötən həftə oxşar nümayiş keçirən və hadisələri “Facebook”da canlı yayımlayan özünü “Danimarka Patriotları” adlandıran qrupun üzvləridir.
Kopenhagendə bazar ertəsi keçirilən nümayişin təşkilatçısı Quranı tapdalayaraq yerdəki İraq bayrağının yanında qalay folqa nimçəsində yandırıb.
Məlumat üçün bildirək ki, Danimarka və İsveçin söz azadlığını qoruyan qaydalar çərçivəsində Quranın yandırılmasına icazə verməsindən sonra İran və İraqda etirazlar tüğyan edib. İraqda etirazçılar cümə axşamı İsveçin Bağdaddakı səfirliyini yandırıblar.yeniavaz.com