19 May 2024
İranlı general İsraili TƏHDİD ETDİ: “Bu addım atılsa, sionist rejimi məhv edəcəyik”

İranlı general İsraili TƏHDİD ETDİ: “Bu addım atılsa, sionist rejimi məhv edəcəyik”

12 Noyabr 2021
Baxış: 538

İsrail və İran arasında gərginlik artmaqda davam edir.

AJMEDİA.İNFO Teleqraf.com-a istinadən xəbər verir ki, İran hərbi hava qüvvələrinin komandanı general Əmir Əli Hacızadə İsrailin baş qərargah rəisi Aviv Koçavi və müdafiə naziri Benni Qantzın ölkəsini hədəf alan bəyanatlarına cavab verib.

İsrail rəsmilərinin açıqlamalarının daxili ictimaiyyətə yönəldiyini iddia edən Hacızadə bildirib:

“Əgər sionist rejim bizə bəhanə gətirib bir addım atsa, bunu bitirən tərəf biz olacağıq. Bunun sonu sionist rejimin məhv olması deməkdir”.

İsrail baş qərargah rəisi Koçavi bundan əvvəl verdiyi açıqlamada İranın nüvə obyektlərinə mümkün hücuma hazırlıqlarını sürətləndirdiklərini bildirib.

Müdafiə naziri Qantz isə deyib ki. İsrail İran və onun vəkillərinin İsrailin hərbi üstünlüyünü sarsıtmağa icazə verməyəcək: “Hökumət ayıq-sayıq olmaq və hər ehtimala hazır olmaq üçün milyardlarla sərmayə qoyur”.