17 May 2024
İranın yük maşınları Gorus-Qafan yolunda Azərbaycana VERGİ ÖDƏYİR

İranın yük maşınları Gorus-Qafan yolunda Azərbaycana VERGİ ÖDƏYİR

22 Oktyabr 2021
Baxış: 526

Bundan sonra İran yük avtomobilləri Azərbaycanın buraxılış məntəqəsindən keçəcəklər.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Gorusun vitse-meri Karo Köçəryan deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti artıq buraxılış məntəqəsinin tikintisini bitirib.

O, hazırda buraxılış məntəqəsi qarşısında İrandan olan çoxlu sayda yük maşınının toplaşdığını söyləyib.

Köçəryan həmçinin Azərbaycan hökumətinin yanacaqdoldurma stansiyasının tikintisinə başladığını da deyib.(hit.az)