18 May 2024
İranın XİN rəhbəri Cavad Zərif siyasətdən getdiyini ELAN ETDİ - VİDEO

İranın XİN rəhbəri Cavad Zərif siyasətdən getdiyini ELAN ETDİ - VİDEO

23 Avqust 2021
Baxış: 677

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif vida mesajını yayımlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, şəxsi “Instagram” səhifəsində yayımlanan video mesajda artıq sabiq XİN rəhbəri 40 illik diplomat karyerasına son qoyduğunu bildirib.

“Məni bağışlayın, amma milli maraqları qorumaq üçün həmişə istədiyim kimi danışa bilmirdim və hətta hərəkətlərimi müdafiə edə bilmirdim. Şəhadət verirəm ki, xarici siyasət sahəsində xidmət etdiyim 40 il ərzində mənim maraqlarımızdan başqa heç bir meyarım yox idi”.

Nazir həmçinin bütün çatışmazlıqlara görə xalqdan üzr istəyib və bağışlanmasını diləyib.

Cavad Zərif bundan sonra fəaliyyətini Tehran Universitetində davam etdirəcəyini bildirib.(konkret.az)