16 May 2024
İranın müxtəlif şəhərlərində müəllimlərin etiraz aksiyaları tam gücü ilə davam edir - FOTO

İranın müxtəlif şəhərlərində müəllimlərin etiraz aksiyaları tam gücü ilə davam edir - FOTO

11 Dekabr 2021
Baxış: 695

Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Təbriz, Urmiya və Culfada müəllimlər cari təhsil ilində növbəti etiraz aksiyasına başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, “Azad İran” “Telegram” kanalının xəbərinə görə, bütün ölkə üzrə təhsil işçiləri oturaq aksiya keçirir.

“İran Təhsil İşçiləri Koordinasiya Şurası”nın çağırışından sonra başlayan növbəti aksiyaya qatılan müəllimlər təsnifatlaşdırma haqqında qanunun icrasını, əməkhaqları və təqaüdlərin bərabərləşdirilməsini tələb edirlər.