19 May 2024
İrandan İsrailə KİBERHÜCUM: Yüzlərlə yəhudi əsgərin gizli və şəxsi məlumatları ƏLƏ KEÇİRİLDİ

İrandan İsrailə KİBERHÜCUM: Yüzlərlə yəhudi əsgərin gizli və şəxsi məlumatları ƏLƏ KEÇİRİLDİ

29 Oktyabr 2021
Baxış: 698

İran hakerləri İsrail ordusunun yüzlərlə əsgərinin gizli və şəxsi məlumatlarını oğurlayaraq yayıblar.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin “Vaynet” qəzeti məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun yüzlərlə əsgərinin telefon nömrəsi, email adresi, şəxsi bilgiləri, habelə, psixoloji durumları və maliyyə vəziyyətləri yazılmış bilgilər hakerlər tərəfindən ələ keçirilib.

“Moses Staff” adlı haker qrupu tərəfindən Beni Qantzın şəkli ilə bərabər təhdid dolu bir mesaj da nəşr edilib.

Mesajda deyilir:

“Biz sizin aldığınız hər bir qərardan xəbərdarıq və elə o andaca sizə hücum edə bilərik. Biz İsrail Müdafiə Nazirliyinin gizli sənədlərini, o cümlədən hərbi əməliyyat xəritələrini və nizami bilgiləri əldə etmişik və sizin bu cinayət sənədlərinizi bütün dünyaya təqdim edəcəyik”.

Haker qrupunun İsrail əsgərlərinə aid bu məlumatları bəzi Telegram kanallarında və “Darnet”də yayınladığı deyilir.

Əsgərlərlə bağlı məlumatlarda onların hansı alaya aid olması, hərbi rütbəsi, vəzifəsi və yazışmaları yer alıb.

Habelə, hakerlər “biz sizin cinayətlərinizi açmağa davam edəcəyik, işinizin sonuna az qalıb” yazıblar.

Xatırladaq ki, bənzər hücum 2020-ci ildə Şirbit Sığorta Şirkətinə qarşı da olub. Bu hücumu İranın yanacaqdoldurma məntəqələrinə olan haker hücumunun əvəzi də hesab etmək olar.(Konkret.az)