17 May 2024
İrandan İsrail səfirinin “Təbrizin sehirli nağılları” kampaniyasına GÜLÜNC CAVAB –  FOTO

İrandan İsrail səfirinin “Təbrizin sehirli nağılları” kampaniyasına GÜLÜNC CAVAB – FOTO

03 Avqust 2022
Baxış: 475

İran hökuməti Təbrizdə İsrailin Azərbaycandakı səfirinin aksiyasına bənzər aksiyaya əl atıb.


AJMEDİA.İNFO “Fars News”a istinadən xəbər verir ki, İsrailin Azərbaycandakı səfirinin “Təbrizin sehirli nağılları” kitabını oxuma kampaniyasına qarşı Təbrizdə bir sıra hökumət ziyalıları “Fələstin kitabı”nın təqdimatı üçün kampaniya başladıblar.


Qeyd edək ki, bu yaxınlarda İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehirli nağılları” kitabını oxuyarkən fotosunu dərc edərək yazıb: “Bu yaxınlarda mənə təqdim olunan bu möhtəşəm kitabda Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Dostlar, bu günlərdə nə oxuyursunuz?”.


İranın Azərbaycandakı səfiri isə İsrail səfirinin tvitlərinə aqressiv və qeyri-diplomatik tonda savab verib: “Bu səfir uşaqdır və uşaqcasına işlərlə məşğuldur, amma bilməlidir ki, harada nadinclik edir, fitnə çıxarır”.


İndi isə Təbrizdə İran hökumətinə bağlı bir qrup elm və mədəniyyət, sənət adamları, media nümayəndələri və idmançılar tərəfindən adıçəkilən aksiyaya cavab olaraq kampaniyaya start verilib. Kampaniya iştirakçıları İranın rəhbəri Xameneinin yazdığı “Fələstin” kitabını oxuyarkən çəkilmiş fotolarını dərc etməklə bu kitabı dünyaya və xüsusən də Qafqaz regionu xalqına tanıtdırırlar”.

Bir 4 nəfər və oturan insanlar şəkili ola bilər

(Azad İran)