17 May 2024
İrandan Azərbaycana idxal edilən 134 ton duz ölkəyə buraxılmadı

İrandan Azərbaycana idxal edilən 134 ton duz ölkəyə buraxılmadı

22 Dekabr 2021
Baxış: 749

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini çərçivəsində ölkə ərazisinə qeyri-sağlam qida məhsulunun keçirilməsinin qarşısı alınıb.

Agentlikdən bildirilib ki, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Babayeva Kəmalə Telman qızı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasına idxal olunan 134 ton “Co.kasra bolor arya” şirkətinə məxsus duz məhsuluna agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.