19 May 2024
İranda etirazlar: SEPAH rəsmisinin aksiyalara qatılan oğlu öldürüldü - FOTO

İranda etirazlar: SEPAH rəsmisinin aksiyalara qatılan oğlu öldürüldü - FOTO

08 Noyabr 2022
Baxış: 342

Güney Azərbaycanın Təbriz Tibb Elmləri Universitetinin tələbəsi, Qərbi Azərbaycan əyalətinin Sayınqala (molla rejimi “Şahindej” adlandırıb) şəhər sakini, atası İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məsul şəxsi olan Mürtəza Şirməhəmmədi İran hakimiyyətinin hərbi-polis rejimi tərəfindən öldürülüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, tələbənin meyiti noyabrın 2-də dəfn üçün ailəsinə təhvil verilib. Qeyd olunub ki, onun atası Əliəsgər Şirməhəmmədi SEPAH-ın Urmiya şəhər şöbəsinin siyasi-ideoloji bölməsinin rəisidir. Bu səbəbdən o, oğlunun öldürülməsi xəbərinin yayılmasının qarşısını alıb. Ona görə, Şirməhəmmədinin qətli bir neçə gün sonra ictimaiyyətə məlum olub.