18 May 2024
İrana yaxın olan komandana sui qəsd - Müəmmalı ölüm

İrana yaxın olan komandana sui qəsd - Müəmmalı ölüm

06 Sentyabr 2021
Baxış: 595

İrana xüsusi yaxınlığı ilə bilinən Haşdi Şabi briqadasının komandanlarından Asif Həsən Kərim İraqın Babil kəndində öldürülüb.

AJMEDİA.İNFO xəbər verir ki, Haşdi Şabi qüvvələrinin əl-Cəzirə əməliyyatları komandanı vəzifəsini tutan Asif Həsən Kərim Babil vilayətinin Veref en-Nasir bölgəsində avtomobilinə qoyulan bombanın partladılması nəticəsində öldürülüb.

Onunla birlikdə avtomobildə olan iki nəfər isə yaralanıb.

Qeyd edilir ki, sui-qəsdin baş verdiyi ərazi tamamilə Haşdi Şabi qüvvələrinin nəzarətindədir.

Hələlik sui-qəsdi heç bir təşkilat üzərinə götürməyib.(teleqraf.com)