17 May 2024
İrana məxsus 42 milyon dollarlıq narkotik ələ keçirildi

İrana məxsus 42 milyon dollarlıq narkotik ələ keçirildi

22 Aprel 2023
Baxış: 363

ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində 42 milyon dollar dəyərində narkotik keçirməyə çalışan balıqçı gəmisini ələ keçirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ABŞ donanması məlumat yayıb.

Məlumata görə, ələ keçirilən gəminin dörd ekipaj üzvü özlərini İran vətəndaşı kimi təqdim ediblər.

ABŞ gəmisi qaçaqmalçılara çatmazdan əvvəl onlar 50 kisə narkotiki gəmidən atmağa çalışıblar. Kisələrin bəziləri daha sonra sudan çıxarılıb.

Hərbçilərin məlumatına görə, 2023-cü ilin əvvəlindən ABŞ Hərbi Dəniz Qüvvələri bu bölgədəki qaçaqmalçılardan təxminən 150 milyon dollar dəyərində narkotik maddə ələ keçirib. yenisabah.az