06 May 2024
İrana gedən Şəbnəm Tovuzlu: "Ağanı ziyarət edim. Yaxşı etmişəm!" - FOTO

İrana gedən Şəbnəm Tovuzlu: "Ağanı ziyarət edim. Yaxşı etmişəm!" - FOTO

28 Dekabr 2022
Baxış: 1504

İki gündür İran mediası və bu ölkənin sosial şəbəkə istifadəçilərinin müğənni Şəbnəm Tovuzlunun səfəri ilə bağlı müxtəlif paylaşımlar etməsi barədə xəbər vermişdik.

AJMEDİA.İNFO xəbər verir ki, iİfaçı onu tənqid edənlər barədə "Instagram" hesabında paylaşım edib. O, barəsindəki iddilara belə cavab verib:

"Açın qulağınızı, eşidin, bəzi sözbazlar. Görürəm mənim Məşhəd ziyarətim çox narahat edib sizi. Təbrizdə bəzi ağıldan kəm olanlar, mən sənətçiyəm və qəlbimdə arzularım olub ki, Ağanı ziyarət edim. Yaxşı etmişəm. Xalqımı, dövlətimi sevən bir xanımam. Tehranda məni sevən izləyicilərim var. Başqa da heç nə. Danışığınızı və yerinizi bilin. Çoxlarının gözü niyə çıxdı? Bilmirəm. Bir günlük ziyarətdir, qadın da ziyarət zamanı başını örtər. Nə xoş mənə ki, Allahım bu ziyarətləri qismət etdi. Siz hələ çox danışacaqsınız. Sözlərim hər kəsə aid deyil. Məni orada sevənlər çoxdur. Sözlərim bir-iki murdar qəlbli axmaqlaradır".

Qeyd edək ki, SEPAH Şəbnəm Tovuzlu İrana kəşfiyyata gəldiyini iddia edib.