06 May 2024
İran sərhədçilərinin öldürdüyü Azərbaycan vətəndaşı ilə bağlı FAKTLAR

İran sərhədçilərinin öldürdüyü Azərbaycan vətəndaşı ilə bağlı FAKTLAR

19 May 2022
Baxış: 554

Mayın 16-da Azərbaycan - İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb.

AJMEDİA.İNFO xəbər verir ki, Qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə sərhəd xəttinin Biləsuvar rayonu istiqamətindən keçən hissəsində baş verib. İran sərhədçiləri tərəfindən güllələnərək öldürülən Mircavad Musayev Şabran rayon sakini olub.

2000-ci il təvəllüdlü və subay olan Mircavad bir müddət əvvəl işləmək məqsədilə rayondan Bakıya gəlibmiş.

İlkin məlumata görə, hadisə vaxtı M.Musayev sərhədi nəzarət-buraxılış məntəqəsi olmayan yerdən keçməyə cəhd göstərib. Bu zaman İran sərhədçiləri atəş açıb.

Mircavad Musayev dünən doğulub-böyüdüyü Şabran şəhərində dəfn edilib.

Qeyd edək ki, mayın 18-də mərhumun cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İİR tərəfinə müvafiq sorğu göndərilib.