21 May 2024
İran şahının Mustafa Kamal Atatürkə hədiyyə etdiyi əsa HƏRRACA ÇIXARILDI - VİDEO

İran şahının Mustafa Kamal Atatürkə hədiyyə etdiyi əsa HƏRRACA ÇIXARILDI - VİDEO

13 Avqust 2021
Baxış: 504

Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə aid olan əsa hərraca çıxarılıb.

AJMEDİA.İNFO Türkiyənin cumhuriyet qəzetinə istinadən xəbər verir ki, 1932-ci ildə Şah Rıza Pəhləvi tərəfindən Mustafa Kamal Atatürkə hədiyyə olaraq hazırlanmış 92 santimetr uzunluğunda olan əsa auksion evində satışa qoyulub.

Atatürk təsvirinin yanında Şah Rıza Pəhləvi, Cəmşid, Keykavus və Behmen kimi liderlərin təsvirlərini özündə cəmləşdirən əsanın gəliri Türk Təhsil Vəqfinə bağışlanacaq.

Auksionu təşkil edən Hüseyin Kocabaş, hərraca çıxarılan əsasının ən dəyərli və seçilən bir sənət əsəri olduğunu vurğulayıb. Qeyd edək ki, satışın qiyməti açıqlanmayıb.