16 May 2024
İran öz nəqliyyat şirkətlərinə Qarabağa və Laçına girməyi QADAĞAN ETDİ - FOTO

İran öz nəqliyyat şirkətlərinə Qarabağa və Laçına girməyi QADAĞAN ETDİ - FOTO

20 Oktyabr 2021
Baxış: 371

İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatının baş direktoru Məhəmməd Cavad Hidayəti ölkəsinin Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinad edərək beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına məktub yazıb.

Qeyd olunub ki, rəsmi sərhədlər xaricində Azərbaycan Respublikası ərazisinə hər hansı bir giriş ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir.

AJMEDİA.İNFO bu barədə İranın “Mehr” agentliyinin müxbirinə istinadən xəbər verir.

Bu sənəddə idarə həm də Qarabağa, xüsusən də Azərbaycanın Laçın rayonuna Ermənistan vasitəsi ilə girişin qadağan olunduğunu göstərir.

Bundan əlavə, Qarabağdakı separatçı rejimlə hər hansı bir ticarət müqaviləsinin imzalanması və nəqliyyat şirkətlərinə bu bölgəyə göndəriş sənədlərinin verilməsi qadağan edilib.(Caliber.az)