05 May 2024
İran mollası Azərbaycanı və Türkiyəni TƏHDİD ETDİ: "Əfqanıstanın taleyini yaşayacaqlar"

İran mollası Azərbaycanı və Türkiyəni TƏHDİD ETDİ: "Əfqanıstanın taleyini yaşayacaqlar"

07 Oktyabr 2021
Baxış: 765

İranın ali rəhbərinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əliyi Türkiyə və Azərbaycanı təhdid edib.

AJMEDİA.İNFO-nun Konkret.az-a istinadən məlumatına görə, İranın hərbi gücünün yüksək olduğunu iddia edən ali rəhbərin Həmədan əyalətinin “Ənsar əl-Hüseyn” korpusundakı nümayəndəsi Hüseyn Əliyi deyib ki, İsrail Amerikanın bölgədəki məğlubiyyətindən sonra onun yerinə doldurmaq üçün İranın şimal-qərb sərhədlərində yerləşmək arzusundadır. İran buna imkan verməyəcək.

Xamneyinin nümayəndəsi İran rəsmilərinin ənənəvi çıxışlarını təkrar edərək, ölkənin şimal-qərbində sərhədlərin dəyişdirilməsinə yol verilməyəcəyini deyib.

“Türkiyə və Azərbaycan bilməlidirlər ki, Qərb ölkələrinə inanıb onların bölgədə yerləşmələrinə şərait yaratsalar, Əfqanıstanın taleyini yaşayacaqlar”-deyə, Hüseyn Əliyi bildirib.

O, Azərbaycan və Türkiyənin Zəngəzurda dəhliz açacaqları halda İranın yalnız iqtisadi ziyan görəcəyini söyləyib.

“Ancaq onlar bunun qarşılığında ağır və sarsıdıcı cavab alacaqlar”-deyə, o qeyd edib.

Hüseyn Əliyi düşmənlərin İranın şimal-qərb sərhədləri və Qafqaz bölgəsində sionizmin dirçəlişinə çalışdıqlarını iddia edib, onların buna nail ola bilməyəcəklərini deyib.