19 May 2024
İran İsraillə əlaqələrə görə 4 nəfəri edam edib

İran İsraillə əlaqələrə görə 4 nəfəri edam edib

05 Dekabr 2022
Baxış: 391

Dünən İranda, İran Ali Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilmiş 4 nəfər edam edilib. Onların hamısı İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunub.

Bu barədə AJMEDİA.İNFO məlumat verib. AJM-ın məlumatına görə bu, İranın İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan insanları ilk dəfə edam etməsi deyil.

Eyni qrupdan daha üç nəfərin isə 5 ildən 10 ilə qədər həbs cəzası aldığı bildirilir. Onlar İranın təhlükəsizliyinə qarşı cinayətlərdə, adam oğurluğunda iştirakda və silah saxlamaqda ittiham olunurlar.