14 May 2024
İran hakimiyyətinin hicab riyakarlığı - VİDEO

İran hakimiyyətinin hicab riyakarlığı - VİDEO

02 Noyabr 2022
Baxış: 408

İranda məcburi hicab əleyhinə kütləvi etirazların davam etdiyi bir vaxtda əhalinin hakimiyyət təmsilçilərinə qarşı qəzəbini daha da alovlandıran qalmaqallı bir hadisə baş verib.

Belə ki, İbrahim Rəisi hökumətinin Yol və Şəhərsalma naziri Rüstəm Qasiminin bir qadınla məhrəm münasibətlərini əks etdirən şəkilləri yayılıb. Məsələnin kəskin reaksiyalar doğuran cəhəti budur ki, iranlı nazirin yanındakı qadın hicabsızdır və ümumiyyətlə, onun geyimi və qiyafəsi islam qaydaları ilə qətiyyən uyuşmur.

Şəkillərin 2011-ci ildə Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində bir parkda çəkildiyi bildirilir. Həmin vaxt Rüstəm Qasimi İranın o zamankı prezidenti Mahmud Əhmədinejadın başçılıq etdiyi hökumətdə Neft naziri postunu tuturdu.

Daha ətraflı Azad İran kanalında: