19 May 2024
İran generaldan AÇIQLAMA: "Sionist rejimin bölgədəki fəaliyyətini izləyirik"

İran generaldan AÇIQLAMA: "Sionist rejimin bölgədəki fəaliyyətini izləyirik"

02 Oktyabr 2021
Baxış: 579

İran Ordusu Quru qoşunları Komandiri Briqada generalı Heydəri, 'Heybər fatehləri' təlimi zamanı verdiyi açıqlamada, "Sionist Rejimin bölgədəki qanunsuz varlığını və oradakı fəaliyyətini tam olaraq izləyirik" dediyi bildirildi.

AJMEDİA.İNFO "Mehr" xəbər agentliyinə istinadən bildirir ki, briqada generalı Heydəri bu təlimdə ordu və quru qüvvələrinin hazırladığı bütün texnikanın istifadə ediləcəyini bildirdi:

"Təlimdə, İran Ordusu Quru qoşunları və Müdafiə Nazirliyi tərəfindən hazırlanan və istehsal edilən 4 yeni sistem: uzaq mənzilli PUA-lar, müharibədə və müdafiədə təsirli olan elektron döyüş sistemləri və iki növ zireh əleyhinə silah" test ediləcək.