16 May 2024
İran dövləti Azərbaycanın ƏRAZİ BÜTÖVLÜYÜNÜ TANIMIR - FOTOFAKT

İran dövləti Azərbaycanın ƏRAZİ BÜTÖVLÜYÜNÜ TANIMIR - FOTOFAKT

15 Sentyabr 2021
Baxış: 681

"İran dövləti Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımır".

AJMEDİA.İNFO xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.

Hüquqşünas qeyd edib ki, İrandan Ermənistana daşınan bitumun qaiməsində Xankəndi Stepanakert kimi yazılır və Ermənistannın ərazisi kimi göstərilir:

Şəkilin açıqlaması yoxdur.

"Gördüyünüz 22 avqust 2021-ci il (2021/08/22) tarixli nəqliyyat qaiməsində (CMR) aydın qeyd olunur ki, Təbrizdən Xankəndiyə bitum daşınır. Bitum adətən yol inşaatında işlədilir. Diqqətimi çəkən əsas məqam isə təyinat məntəqəsi kimi - STEPANAKERT, ARMENIA yazılmasıdır. İran dövlətinin rəsmi sənədində Azərbaycanın ərazi bütövlüyü tanınmır. Sənədin həqiqi olmasına şübhəm yoxdur, çünki bütün məlumatlar aydın qeyd olunub. Hesab edirəm ki, bütün olub keçənlərdən sonra bu sənədin ortaya çıxması İran hakimiyyətinin Azərbaycana hansı mövqedə durmasını gün kimi aydın göstərir.

P.S. Bu fotonu İranda yaşayan soydaşlarımıza göndərin".

Çağatay Noqay

AJMEDİA.İNFO