06 May 2024
İran Cənubi Koreya istehsalı olan məişət texnikalarına qadağa qoydu

İran Cənubi Koreya istehsalı olan məişət texnikalarına qadağa qoydu

02 Oktyabr 2021
Baxış: 572

Cənubi Koreya istehsalı olan məişət texnikalarının İrana idxal edilməsi və satışı qadağan olunub.

Bu barədə İranın Prezident Administrasiyası rəhbərinin sənaye və ticarət, eləcə də iqtisadiyyat və maliyyə işləri nazirlərinə yazdığı məktubda deyilir.

Ölkədə bir sıra məişət texnikası istehsal edən şirkətlər Ali Rəhbərə müraciət edərək daxili bazarın qorunmasını xahiş ediblər.

Ali Rəhbər İran iqtisadiyyatının dirçəlməsi üçün daxili bazarın qorunmasını vacib hesab edib və tədbir görülməsi üçün iş adamlarının müraciətini Prezident Administrasiyasına yönəldib.

Administrasiya isə Cənubi Koreyadan İrana məişət texnikası idxalını və satışını qadağan edib. (Bizim.Media)