21 May 2024
İran bu müsəlman ölkəsinə zərbə endirə bilər - General AÇIQLADI

İran bu müsəlman ölkəsinə zərbə endirə bilər - General AÇIQLADI

07 Sentyabr 2021
Baxış: 757

İran Silahlı Qüvvələri ölkənin təhlükəsizliyinə təhdid yaradacaqları təqdirdə İraq Kürdüstanı ərazisindəki terrorçu qruplaşmalara zərbələr endirə bilər.

AJMEDİA.İNFO İRNA-ya istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları komandanı, briqada generalı Məhəmməd Pakpur bəyan edib.

Onun sözlərinə görə, terrorçular İran-İraq sərhədi bölgəsində gərginlik yaratmağa çalışırlar. Belə vəziyyətin davam etməsi isə İran tərəfindən yolverilməzdir.