19 May 2024
İran AÇIQLADI: Qarabağda GÖRÜN NƏ ETMƏK İSTƏYİR

İran AÇIQLADI: Qarabağda GÖRÜN NƏ ETMƏK İSTƏYİR

22 Noyabr 2021
Baxış: 1010

Baş nazirin müavini, İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə də görüşüb.

AJMEDİA.İNFO xəbər verir ki, Hüseyin Əmir Abdullahian Azərbaycan torpaqlarının işğaldan azad olunması və Zəfər Gününün ildönümü münasibətilə təbriklərini çatdırıb, İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.


Ölkəmizin ərazi bütövlüyünə İranın davamlı dəstəyini və prinsipial mövqeyini vurğulayan Abdullahian İran şirkətlərinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarının yenidən qurulması və bərpası işlərində iştirak etməyə hazır olduğunu bildirib.

Görüşdə iki ölkə arasında fəaliyyət göstərən Hökumətlərarası Dövlət Kommissiyasının əhəmiyyəti qeyd olunub və komissiyanın aktiv fəaliyyətindən məmnunluq ifadə edilib.

İki ölkə arasında iqtisadi-ticari əlaqələrin, entail, turizm, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın davamlı inkişafı üçün səylərin daha da artırılması və görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub. Görüşdə həmçinin, regiondakı vəziyyət və qarşılıqlı maraq dogüran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.