19 May 2024
İran 4 Azərbaycan diplomatını ÖLKƏDƏN ÇIXARDI - SON DƏQİQƏ!

İran 4 Azərbaycan diplomatını ÖLKƏDƏN ÇIXARDI - SON DƏQİQƏ!

05 May 2023
Baxış: 313

İran Azərbaycanın Tehrandakı Səfirliyindən 2 nəfər, Təbrizdəki Baş Konsulluğundan da 2 nəfər olmaqla, 4 azərbaycanlı diplomatı "persona-non-qrata” (arzuolunmaz şəxs) elan edib.

AJMEDİA.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Tehrandakı Səfirliyimizdə diplomat fəaliyyət göstərmədiyi üçün Təbrizdəki Baş Konsulluğumuzun 2 diplomatı ölkədən çıxarılıb.

Qeyd edək ki, Azərbaycanın Tehrandakı Səfirliyinə terror hücumundan sonra İranın Bakıdakı Səfirliyinin 4 əməkdaşı persona-non-qrata elan edilib, ölkədən çıxarılmışdı.