17 May 2024
İradə İsak müğənnilərin ərlərini YIXIB-SÜRÜDÜ: "Elə bilirsiniz..."

İradə İsak müğənnilərin ərlərini YIXIB-SÜRÜDÜ: "Elə bilirsiniz..."

02 Noyabr 2023
Baxış: 465

"Müğənni qadınları elə bilirsiniz qeyrət üstündə öldürürlər? Tökülmüşdü elə. Əsla! Öldürən heç müğənnilik etməyə qoymazdı. Müğənni xanımın çətirinə sığınan ər, qardaş, ata çox vaxt xanıma obyekt, gəlir yeri kimi baxır. Deyir, susacam ey, kim süd verən inəyi kəsər? Xanım da baxır bunlara".

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri tanınmış aparıcı İradə İsak sosial mediada yazıb.

O, bildirib ki, kişilərin müğənni xanımlarını öldürməsinin səbəbi onlardan tələb etdikləri pulu ala bilməmələridir.

"Bir müddət gəlir, havayı axan pul kişini yaxşı yaşamağa öyrədir, xərclər artır, çoxu narkotikə, arağa qurşanır. Başlayır tələblər, xərclər artmağa. Qadın da müəyyən büdcədən kənara çıxmaq istəmir. Niyə axı? Niyə işləyib, bütün pulunu bu avaraya verməlidir? Nə oldu 10 il susub, indi başlayıb bu? Artıq istismar başlayır.

Dava, namus, qeyrət, müsibət. Dözmək, sus payı da 10 ildən bir artır axı. Və bir gün də boğaz kəsilir.

Niyə məhz boğaz kəsilir, bıçaqlanır, bilirsiniz? Bu da manipulyativ variantdır. Bıçaqlama, boğaz kəsmə dözməmə əlamətidir. Qoy desinlər, yaxşı oğlandır, qeyrət üstündə vurub. Türmədə günü xoş keçsin. Vəssalam

Pəh... Nə gözəlsən məmləkət...", - o, paylaşımında qeyd edib.