18 May 2024
İqtisadiyyat Nazirliyi və “Demirören” Holdinq arasında memorandum imzalandı - FOTO

İqtisadiyyat Nazirliyi və “Demirören” Holdinq arasında memorandum imzalandı - FOTO

16 Dekabr 2021
Baxış: 503

Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin “Demirören” Holdinqi arasında əczaçılıq məhsullarının istehsalı və satışına dair Anlaşma Memorandumu imzalanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

O qeyd edib ki, Azərbaycan iqtisadiyyatına 40 mln. ABŞ dolları məbləğində investisiya yatırımını təmin edəcək layihə çərçivəsində qabaqcıl təcrübələrin tətbiqi və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm nəticələr əldə olunacaq.